haberL haberR

Parisdə «Charlie Hebdo» nəşrinin redaksiyasına hücumu araşdıran komissar intihar edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.01.2015 15:25:14

Parisdə «Charlie Hebdo» nəşrinin redaksiyasına hücumu araşdıran komissarın intihar edilməsiylə bağlı Fransa polisi açıqlama yayıb

Fransada «Charlie Hebdo» nəşrinin redaksiyasına törədilən hücumu ilə bağlı cinayət işini araşdıran polis komissarı Elrik Fredu intihar edib.

 APA-nın “Gazeta.Ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “France 3” telekanalı məlumat yayıb.

 Polis rəsmisinin açıqlamasına əsasən, Fredu iş otağında xidməti silahından özünə atəş açaraq intihar edib.

 Məlumata görə, intihar etməzdən əvvəl o, hücum zamanı redaksiyada həlak olan jurnalistlərdən birinin ailəsi ilə görüşüb.

 İnsidentlə bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.