haberL haberR

Paytaxtda kibertəhlükəsizlik məsələləri müzakirə edilir

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 11.01.2016 12:53:21

Sessiyanın işində Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edir

Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyası başlayıb. "Report"un məlumatına görə, bu il qış sessiyası kibertəhlükəsizlik və kibercinayətkarlıq məsələlərinə həsr edilib.

Əvvəlcə tədbir iştirakçılarına kibertəhlükəsizliyin əhəmiyyəti haqqında ümumi məlumat verilib. Dünyada hər il həyata keçirilən kibercinayətkarlığın vurduğu ziyanın milyard dollarlarla ölçüldüyü qeyd olunub.

Ardından "kibertəhlükəsizliklə bağlı siyasi məsələlər", "kibertəhlükəsizliyin qanuni çərçivəsi", "kibertəhlükəsizlik, kiberhücumlar, risklər və çağırışlar" və s. mövzularında müzakirələr keçirilib.

Sessiyanın işində Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edir.

Qış sessiyası yanvarın 15-də başa çatacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.