haberL haberR

Paytaxtında 20 kq narkotik dövriyyədən çıxarılıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 12.01.2016 12:24:49

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zəmbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 8-də Bakı şəhər sakini Zaur Aslanova məxsus Şüvələn qəsəbəsində yerləşən bağ evindən velosiped, yanvarın 9-da həmin ünvandan qədim samovar, qədim 3 ədəd mis podnos və külqabı, 2 ədəd  xəncər, geyim və elektron məişət əşyaları oğurlayıblar. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.