haberL haberR

Pensiya alan vətəndaşlara müjdə

Kateqoriya: Sosial Yayımlama tarixi: 16.09.2015 13:48:03

Dövlət Sosial Müdafiə Fondunun bu xəbəri sizi sevindirəcək

"Qurban bayramına qədər sentyabr ayının pensiyalarının bütünlüklə maliyyələşdirilməsini başa çatdırmağa çalışacağıq. Yəqin ki, buna da nail olacağıq".

İslamazeri.az publika.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, bunun üçün fondun kifayət qədər resursu var. Sədr qeyd edib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkədə əhalinin gəlirlərində azalma olmayıb:

"Əksinə, artım dinamikası davam edir. Növbəti ildə də bu dinamikanın davam edəcəyini proqnozlaşdırırıq və DSMF-nin sosial sığorta gəlirlərinin artımını gözləyirik. Bunu yanvar-avqust ayları üzrə faktiki göstəricilər də təsdiq edir.

Bu müddətdə fond məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 60 milyon manat artıqlaması ilə yerinə yetirib.

Bu da ilin sonuna kimi tendensiyanı davam etdirə biləcəyimizə və növbəti ildə də bu sahədə heç bir problem olmayacağına zəmin yaradır".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.