haberL haberR

Pensiya kapitalının ikiqat artırılacağı gözlənilir

Kateqoriya: Sosial Yayımlama tarixi: 30.09.2015 11:00:03

Bu bəyanatla Elman Mehdiyev çıxış edib

"Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib".

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Bu islahat tədbirlərinin təfərrüatları barədə məlumat verən E. Mehdiyev vurğulayıb ki, hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50%-i fərdi hesablarda uçota alınır, islahat nəticəsində bu hədd 100%-ə çatdırılacaq: "Beləliklə, ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin, indiyədək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq. Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcəkdir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.