haberL haberR

Pensiya yaşının artırılmasına səbəb nədir?

Kateqoriya: Sosial Yayımlama tarixi: 29.09.2015 11:01:01 1287 dəfə oxunub.

Dövlət Sosial Müdafiə Fondunun sədri məsələni təhlil edir

Ölkədə gəlirlər azaldıqca hökumət yeni variantlara  əl atır. Bu mənada ölkə vətəndaşlarının pensiya yaşının artırılması barədəki qərarı da başqa cür yozmaq mümkün deyil.  Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev  insanların istehsalatda peşə fəaliyyətləri müddətləri ilə pensiyaya çıxma yaşları arasında müəyyən uyğunluğun olmasını mütləq  sayıb.

DSF sədri bu gün büdcə təşkilatlarında çalışma dövrünün 65 yaşa qədər olduğunu, amma pensiya yaşının bundan kifayət qədər aşağı olduğunu söyləyib (kişilər 63, qadınlar 60 yaşında). Fond sədri bunun da müəyyən uyğunsuzluqları ifadə etdiyini bildirib: “Ötən müddətdə, biz bu istiqamətdə, demoqrafiq göstəricilərin üzərində tənzimləmələr aparmaqla uğurlu fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyim istiqamətdə islahatların aparılması zəruridir”. E.Mehdiyev bu mənada yaxınlarda pensiya yaşının qaldırılacağını istisna etməyib. (azadliq.info)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.