Pensiyaçıların nəzərinə: Təqaüdlər verilir

Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan islamazeri.az-a verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.
İyulun 1-nə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 060 nəfər təşkil edir. Onların
60,4 faizini yaşa görə,
28,6 faizini əlilliyə görə,
11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
2015-ci il iyul ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.