haberL haberR

Pentaqon: Əfqanıstanda 2000 ABŞ xüsusi təyinatlısı döyüşür

Kateqoriya: Hərbi Yayımlama tarixi: 18.06.2015 17:36:45

ABŞ Əfqanıstanda döyüşən xüsusi təyinatlılarının sayını açıqlayıb

İslamazeri.az-ın “irib”-ə istinadən verdiyi xəbərə görə,  ABŞ Müdafiə Naziriliyi bildirib ki,  Əfqanıstanda 2000 xüsusi təyinatlı döyüşlərdə iştirak edir.

Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi 108 səhifəlikhesabatında bildirilir ki, ABŞ ordusunun Əfqanıstandakı misiyasının sona çatmasına baxmayaraq bu ölkədə 2000 nəfər xüsusis təyinatlı “Taliban” və “Əl-Qaidə” terrorçularına qarşı döyüşlərdə iştirak edir.

Qeyd edək ki, ABŞ 2001-ci ildə anti-terror əməliyyatları adı altında Əfqanıstana işğalçı ordusunu göndərib. 14 ilə yaxın müddətdə Əfqanıstanda heç bir inkişafa və sabitliyə səbəb olmayan ABŞ ordusu 2014-cü ildə əsgərlərinin əksər hissəsini Əfqanıstandan geri çəkib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.