haberL haberR

Pentaqon: Türk təyyarələri çox yaxın zamanda İŞİD-i...

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.08.2015 14:59:43

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Jeff Davis Türkiyənin əməliyyatlarda iştirakıyla əlaqədar açıqlamlar verib

İslamazer.az "On4 haber"-ə istinadən xəbər verir ki, Jeff Davis Türkiyənin İŞİD əleyhinə olan koalisiyada ən qısa müddətdə hava hücumlarına başlayacağını açıqlayıb.

Davis ABŞ ilə Türkiyə arasında imzaların atılmasının ardınca Türk təyyarələrinin hava hücumlarına nə vaxt qatılacağına dair suala verdiyi cavabda "Çox qısa zamanda, hər hansı bir gün və ya saat vermirəm, amma çox yaxın zamanda",- açıqlamasını verib.

Hava hücumlarında yalnız Suriya və İraqdakı İŞİD nöqtələrinin hədəf alınacağını və Türkiyənin də bunun bir parçası olmağı qəbul etdiyini söyləyən Davis Türkiyənin terror təşkilatı PKK-ya istiqamətli hava hücumlarında isə havada uçuşların üst-üstə düşməsini önləmək üçün onları əvvəlcədən xəbərdar etdiklərini ifadə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.