haberL haberR

PKK Azərbaycan mobil operatorundan istifadə edir?

Kateqoriya: Ölkə Yayımlama tarixi: 03.09.2015 17:11:06

PKK-nın Azərbaycan mobil operatorundan istifadə etdiyi barədə məlumat verilir.

Məlumatda Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatı üzvlərinin biri-birləri ilə telefon əlaqələri üçün Azərbaycanın ən böyük mobil operatoru "Azercell”in xidmətindən istifadə etdikləri bildirilir. "PKK-çıların "Azercell” nömrələrindən istifadə etmələri təsadüfi deyil. Türkiyədəki terror təşkilatları və üzvləri üzərində nəzarəti gücləndirən Milli İstihbarat təşkilatı (MİT) onların telefonlarını da dinləyir. Dəfələrlə belə dinləmələrlə PKK-nın Diyarbəkir, Şırnak, Van, Ağrı, Batman və digər kürd bölgələrində həyata keçirmək istədikləri terror planlarının qarşısını alıb. "Azercell”dən istifadə etməklə PKK üzvləri MİT-dən öz planlarını gizləməyə çalışırlar. Çünki, MİT xarici mobil operatorları dinləyə bilmir ki, bu da PKK-ya əlavə üstünlük qazandırır”, - deyə mənbə qeyd edib.

(Olaylar)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.