haberL haberR

PKK terrorçuları Türkiyədə partlayış törədib

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.07.2016 3:34:31

PKK silahlıları Türkiyənin Mardin vilayətinin Kızıltəpə və Nusaybin rayonlarına terror aktı həyata keçirib.

 "Report" xəbər verir ki, Kızıltəpədə PKK terrorçuları tərəfindən körpüyə qoyulmuş partlayıcı maddənin işə salınması nəticəsində biri hamilə qadın olmaqla üç mülki vətəndaş xəsarət alıb. 

Yaralılar xəstəxanaya çatdırılıb.

Nusaybində isə jandarm binası atəşə tutulub. Türk əsgərlərinin cavab atəşindən sonra atışma başlayıb. Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərilməsindən sonra terrorçular dağlıq əraziyə qaçıblar.

Bölgədə geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.