haberL haberR

Polis Bakıda avtomatla gəzən keçmiş məhkumu tutdu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 04.05.2015 16:09:28

Bakıda avtomatla gəzən Siyəzən rayon sakini saxlanılıb

İslamazeri.az-ın "Report"a istinadən məlumatına görə, əməliyyatı Nizami Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları həyata keçiriblər.

Keçirilən əməliyyat zamanı 1992-ci il təvəllüdlü Oruc Ələddin oğlu İsayev saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları ondan 1 ədəd istifadəyə yararlı "Kalaşnikov" tipli avtomat və 43 ədəd güllə aşkar edərək götürüblər. Faktla bağlı O.İsayev barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq O.İsayevin avtomatı hansı üsulla və nə məqsədlə əldə etdiyini araşdırır.

Qeyd edək ki, O.İsayev əvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.