haberL haberR

Polis əməkdaşını döyən şəxs tutulub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 31.03.2015 13:18:02

Astarada polis əməkdaşına xəsarət yetirən şəxs tutulub
İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 30-da saat 12.00 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “KİA” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb və sənədlərini tələb edib.

Tabeçilik göstərməyən S. Əliyev avtomobili hərəkətə gətirib və A. Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib.

A. Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.   

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.