"Polisəm" deyib sakini girov götürdü - Azərbaycanda

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Novxanı kənd sakini Əli İsmayılov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək iyulun 24-də saat 03 radələrində Novxanı qəsəbəsində gözətçi işlədiyi evə gələn, özünü Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən Səid adlı şəxsin onun barəsində şikayət ərizəsi olduğunu bildirib qəsəbənin ərazisindəki evlərdən birinə apararaq orada 1 gün saxlamasını, hədə-qorxu gəlib 5000 manat pul istəməsini, 3000 manat aldıqdan sonra buraxılmasını, lakin sonradan telefonuna zəng edib əlavə 2000 manat pul tələb etməsini bildirib.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Səfərov, Atakişi Şahmarov və Seymur Qurbanov tutulublar.
T.Səfərovdan 5,58 qram, S.Qurbanovdan isə 5,79 qram marixuana götürülüb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.