haberL haberR

Hələbin azad edilməsi Suriya münaqişəsinə güclü təsir edəcək (Təfərrüat)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 30.07.2016 12:44:54

“Terrorçuların Hələbdə mühasirəyə alınmasından əvvəl heç bir Qərb ölkəsi dinc sakinlərə görə narahatlıq keçirmirdi.”

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya Ali Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr Departamentinin direktoru Aqil Mahfud hesab edir ki, Hələbin terrorçulardan azad edilməsi Suriya böhranının siyasi həlledilmə prosesinə, həmçinin də qarşıdan gələn Suriya danışıqlarına da təsir edə bilər.

Cümə axşamı günü Suriya ordusu könüllü dəstələrin də dəstəyi ilə Bəni-Zeyd kvartalını azad edib. Bəni-Zeyddə terrorçuların Hələbdəki ən iri istinadgahı yerləşirdi. Kvartalın alınması hökumət qoşunlarının Hələbin şərq və şimal-şərqində tutulmuş kvartalları sıx həlqəyə aldıqdan və terrorçuların İdlib və Türkiyədən gələn bütün təchizat yollarının qarşısı alındıqdan sonra mümkün olub.
“Aydındır ki, Hələb yaxın zamanda, siyasi sxemlərin dəyişməsinin başlamasına qədər azad edilməlidir. Hələbin azad edilməsi siyasi danışıqlara güclü təsir edəcək. Unutmamaq lazımdır ki, Hələb - əhəmiyyətinə görə birinci şəhərdir. Suriyalılar vaxtı ilə güman edirdilər ki, Hələb paytaxt olacaq. Şəhər şimalda Türkiyəyə yaxın yerləşir. Orada çoxlu mədəniyyətlər və maraqlar qarışıb. Buna görə də terrorçuların Hələbi tutmaq istəyi nə qədər çox olsa belə, indi hakimiyyətin onu geri qaytarmaq istəyi daha çoxdur.”, – deyə Mahfud deyib.
Suriyalı politoloq hesab edir ki, Hələbin azad edilməsi Rusiya Federasiyası, ABŞ və digər maraqlı tərəflər arasında əldə olumuş razılıqlar olmadan mümkün deyil.
Fransa və Böyük Britaniya xarici işlər nazirlərinin Hələbin mühasirədən çıxarılmasına dair çağırışlarından danışarkən, Mahfud qeyd edib ki, Qərb ölkələri şəhərin və onun sakinlərinin taleyinə görə narahat deyillər. Meqapolisin azad edilməsi, Qərb ölkələrinin Suriyadaki ən mühüm hədəflərinə mənfi təsir edə bilər.
“Onlar daha çox Hələbin şimalı və Suriyanın şimalına dair öz planlarına görə narahatdırlar. Bu planları onlar Səudiyyə Ərəbistanı, Türkiyə və digərləri ilə birgə həyata keçirmək istəyirlər. Daha dəqiq desək, onlar şəhərə görə yox, şəhərdə onlara lazım olan yer üçün narahatdırlar. Həmçinin mənzərənin dolğunluğu üçün amerikalılar da Suriyanın şimalına dair öz maraqlarını əldə etmək istəyirlər.”, – deyə mütəxəssis qeyd edib.
Mahfudun sözlərinə görə, Qərb ölkələri ən əvvəldən silahlı qruplaşmaları dəstəkləyirdilər və Suriya hökumətini dağıtmaq istəyirdilər. Və qarışıqlıqdan istifadə edərək öz planlarını Suriya ərazisində həyata keçirmək istəyirdilər.
Mütəxəssis qeyd edib ki, Qərb ölkələri yalnız ordu Hələbdə hiss edilən uğurlar əldə edəndən sonra sərt bəyanatlar verməyə başlayıblar. “Terrorçuların Hələbdə mühasirəyə alınmasından əvvəl  heç bir Qərb ölkəsi dinc sakinlərə görə narahatlıq keçirmirdi.”, – deyə o söyləyib.

Silahlılar üçün dəhliz

Daha əvvəl bildirilib ki, Rusiya Suriya hökuməti ilə birgə Hələbdə irimiqyaslı humanitar əməliyyata başlayır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki,  dinc sakinlər və silahlarını yerə qoymaq qərarına gələn silahlıların şəhərdən çıxması üçün 3 dəhliz yaradılacaq. Həmçinin silahlı və texnikası olan yaraqlıların çıxması üçün də 1 dəhliz yaradılacaq.
Yaraqlıların yüngül silahlarla Hələbi tərk etməyə imkan vermək qərar ilk dəfə deyil ki, qəbul edilib. Hökumət dəfələrlə Homs əyalətində və Dəməşq şəhər ətrafında bü cür hərəkətlərə razılıq verib.
“Əgər bu yaraqlılar qalsalar, demək ki, hərbi əməliyyatlar davam edəcək. Nəticədə dinc sakinlər daha çox əziyyət çəkəcək. Mən düşünürəm ki, yaraqlılara yüngül silahlar ilə getməyə icazə vermək qərarı Suriya cəmiyyətinin spesifikliyi və rəhbərliyin dinc sakinlərin həyatı üçün olan təhlükəni azaltmaq istəyindən irəli gəlir.”, – deyə politoloq hesab edib.
Mahfudun fikrincə, ötən gün Bəni-Zeyd kvartalının azad edilməsi və Hələbin şərqində terrorçuların mühasirəyə alınması – şimal paytaxtının azad edilməsi üzrə əməliyyatın nə başlaması və nə də bitməsi demək deyil.
“Gəlin dərinə getməyək, belə ki, hərbi əməliyyatlar orada demək olar ki, arası kəsilmədən gedib. Lakin ordunun cəbhədə üstünlük əldə etməsi tədricən başlayıb. İlk öncə Kastello yolunun qarşısını kəsdilər. Daha sonra ən əsas hədəf, daha çox şəhər ərazisinin azad edilməsi oldu. Anlamaq lazımdır ki, hərbi əməliyyatlar siyasi proseslərlə sıx əlaqəlidir.”, – deyə politoloq qeyd edib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.