haberL haberR

Polşada Məhəmməd Füzulinin qəzəlləri nəşr olunub

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 27.01.2015 18:44:19

Azərbaycanın Polşadakı səfirliyi dahi şair Məhəmməd Füzulinin qəzəllərini nəşr etdirib

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda kitab nəşr olunub.

 

“Azərbaycan ədəbiyyatı” seriyasında “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri” adlı kitab AMEA Ədəbiyyat İnstitutu və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar İnstitutunun birgə əməkdaşlığı nəticəsində nəşr olunub.

 

Qeyd edək ki, kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.