haberL haberR

Prezident seçkilәri ilә əlaqədar Azәrbaycanda seçki mәntәqәsi yaradılıb

Kateqoriya: Region Yayımlama tarixi: 19.02.2015 12:30:36

Özbәkistanda martın 29-da keçirilәcәk prezident seçkilәri ilә əlaqədar Azәrbaycanda seçki mәntәqәsi yaradılıb

Bu barədə Özbәkistanın Azәrbaycandakı sәfirliyinin konsulu Cahangir Aminov deyib. O bildirib ki, Azәrbaycanda 360-a yaxın Özbәkistan vәtәndaşı yaşayır: “Bakıda yaşayan Özbəkistan vətəndaşları səsvermədə iştirak edәcәklәr. Әksәriyyәtin iştirak etmәsi gözlәnilir. Daşkәnddәn xüsusi seçki qutusu vә kabinәsi gәtirilib”.

Konsulun sözlәrinә görә, ümumulikdә ölkәdәn kәnarda 44 seçki mәntәqәsi yaradılıb. Seçkilәri Azәrbaycandan Milli Mәclisin üzvlәri, ekspertlәr vә MSK üzvlәrinin müşahidә etmәsi gözlәnilir.

Xatırladaq ki, prezident postu uğrunda 4 namizәd mübarizә aparacaq. Bunlar hazırkı prezident, Liberal Demokrat Partiyasından 77 yaşlı İslam Kәrimov, Özbәkistan Xalq Demokratik Partiyasından Hatamcon Ketmonov, “Milli Tiklanış” Demokratik Partiyasından Akmal Saidov vә “Adolat” Sosial-Demokrat Partiyasından Narimon Umarovdur. Prezident 5 il müddәtinә seçiləcək.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.