Prokurorluğun cinayət işi açdığı “Gülənçilər” kimdir?

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov az əvvəl mətbuata açıqlamasında Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığını bəyan edib.
Prokurorluq sözçüsü bu fuikirləri səsləndirsə də konkret ad və faktlar göstərməkdən imtina edib. Bəs görəsən, Eldar Sultanovun dediyi cinayət işində kimlərin adı keçir və onlar hansı cinayətlərdə ittiham olunur? Gununsesi.info-nun əməkdaşı elə bu sualla onun özünə müraciət edib.
Saytımızın sorğusuna cavabında haqlarında cinayət təqibi başladılan şəxslər haqqında məlumat verməyən E. Sultanov bunu istintaq sirri adlandırıb: “Əgər məsləhət olsaydı, Cinayət Məcəlləsinin müvafiq maddələrinin adını yazardıq. Deməli, hələki bu məqsədəuyğun deyil”.
Siyahıda ictimai əhəmiyyət kəsb edən tanınmışlardan kimlərin adının olmasına gəlincə, E.Sultanov qeyd edib ki, bu istintaq sirridir: “Bu haqda məlumatsızam. Əgər kiminsə belə şəxslər haqqında məlumatı varsa, onların adlarını deməklə istintaqa yardım etmiş olacaq. Belə şəxslərə hədiyyə də veriləcək”-, deyə o, yarızarafat- yarıgerçək vurğulayıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.