haberL haberR

Putin: Beynəlxalq terrorizm qlobal təhdidə çevrilib və bəşəriyyətə meydan oxuyur

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.07.2016 11:12:55

"Xüsusi-xidmət orqanları bu vəziyyətdə qarşılıqlı addımların səviyyəsini artırmalıdır."

İslamazeri.az-ın "SANA" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib ki, beynəlxalq terrorizm qlobal təhdidə çevrilib və bütün insanlığa meydan oxuyur. Ona müqavimət göstərmək üçün bütün dünya cəmiyyətinin  cəhd göstərməsi lazımdır.

“Müşavirənin gündəliyinin mərkəzində - misli görülməmiş miqyaslar alan və mahiyyətcə insanlığa meydan oxuyan beynəlxalq terrorizmlə mübarizədir. Bu təhlükəyə effektiv müqavimət göstərmək üçün, bütün dünya cəmiyyətinin qəti və uzlaşdırılmış addımları lazımdır. Və burada əsas rolu xüsusi xidmət və hüquq-mühafizə orqanları oynamalıdırlar.”, – deyə Putin qeyd edərək əlavə edib ki, xüsusi-xidmət orqanları bu vəziyyətdə qarşılıqlı addımların səviyyəsini artırmalıdır.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.