haberL haberR

Putin: Hazırda Suriyanın parçalanma ehtimalı çox yüksəkdir

Kateqoriya: Siyasət Yayımlama tarixi: 19.06.2016 21:40:18

Rusiya prezidenti Suriyanın parçalanma ehtimalından danışıb

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası prezidenti Vladimir Putin bilidirib ki, Suriyada əsas – ölkənin dağılmasına icazə verilməməlidir; əgər vəziyyət bu günkü kimi inkişaf edəcəksə, bunun təhlükəsi çox yüksəkdir.

“Suriyada münaqişənin həll edilməsində səliqə ilə hərəkət etmək lazımdır, step by step (addım-ba- addım), tədricən bütün münaqişə tərəflərinin inamını qazanaraq bu iş görülməlidir. Əgər bu baş versə, -  mən isə hesab edirəm ki, bu nə vaxtsa mütləq baş verəcək, nə qədər tez olsa, bir o qədər yaxşı olar, - o zaman irəli getmək, gələcək seçkilər və münaqişənin tam həll edilməsindən danışmaq lazım olacaq.”,  – deyə Putin bu gün bildirib.

“Əsas – ölkənin parçalanmasına imkan verməməkdir. Lakin bu günki kimi davam edərsə, parçalanma qaçılmaz olacaqdır və bu da hadisələrin irəliləməsi üçün pis variantdır.”,  – deyə Putin əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.