haberL haberR

Putin: "Heç kim ən iri nüvə dövlətlərinin arasında vəziyyətin kəskinləşməsini istəmir"

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 14:56:34

Qeyd edək ki, 1962-ci ilin Karib (Kuba) böhranı - SSRİ və ABŞ arasında müharibə təhlükəsi səbəbi ilə beynəlxalq vəziyyətin kəskinləşməsidir. Səbəb isə Kubada "Sovet" raket sisteminin yerləşdirilməsi idi.

İslamazeri.az-ın "Bloomberg"-ə istinadən verdiyi xəbər əsasən, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib ki, heç kim 1962-ci il Karib böhranı səviyyəsində dünyanın ən iri nüvə dövlətləri arasında münasibətlərin kəskinləşməsini istəmir.

"Siz çox məlumatlı birisiz və beynəlxalq vəziyyətin kəskinləşməsi ilə bağlı bütün təhdidləri anlayırsınız. Düzdür? Xüsusən də dünyanın ən iri nüvə dövlətləri arasında. Biz ki, hamımız bunu anlayırıq?", - deyə Putin ondan müsahibə alan agentlik jurnalistinə müraciət edib. "Yenə də sizdən soruşacam: Siz Karib böhranı səviyyəsində vəziyyətin kəskinləşməsini istəyirsiniz? Əlbəttə ki, yox. Heç kim istəmir".

Qeyd edək ki, 1962-ci ilin Karib (Kuba) böhranı - SSRİ və ABŞ arasında müharibə təhlükəsi səbəbi ilə beynəlxalq vəziyyətin kəskinləşməsidir. Səbəb isə Kubada "Sovet" raket sisteminin yerləşdirilməsi idi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.