haberL haberR

Putin Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək

Kateqoriya: Siyasət Yayımlama tarixi: 11.01.2016 20:19:39

Rusiya prezidenti Vladimir Putin Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, konfransda 20 dövlət və hökumət başçısı, habelə 60 ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı gözlənilir. Forumda ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden, Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Almaniya kansleri Angela Merkelisə son 4 ildə ilk dəfə Münhen konfransında iştirak etməyəcək.

Forumun rəhbəri Volfqanq İşinqer İran və Ukrayna prezidentlərinə dəvət məktublarının göndərildiyini, lakin cavab verilmədiyini bildirib.

Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı 1962-ci ildən keçirilir. (Apa/lenta.ru)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.