haberL haberR

Putin: Terrorçuları siyasi maraqlarda istifadə etmək yolverilməzdir

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.08.2016 15:40:59

Putin həmçinin qeyd edib ki, bu yaxınlarda baş vermiş terror aktları bir daha göstərdilər ki, terrorizmə yalnız əlbir olaraq, BMT-in uzlaşdıran rolu ilə müqavimət göstərmək olar.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyasının prezidenti Vladimir Putin terrorizmlə mübarizədə ikili standartların istifadəsinin yolverilməzliyi haqqında bəyanat verib: "Terrorçuları “yaxşı” və “pisə” bölmək olmaz. Terror və ekstremist qruplaşmaları siyasi və ya geosiyasi maraqlarda istifadə etməyə cəhd etmək yolverilməz və olduqca təhlükəlidir.

Putin həmçinin qeyd edib ki, bu yaxınlarda baş vermiş terror aktları bir daha göstərdilər ki, terrorizmə yalnız əlbir olaraq, BMT-in uzlaşdıran rolu ilə müqavimət göstərmək olar.

“Xüsusilə qeyd edim ki, dünyanın müxtəlif regionlarında törədilmiş son terror aktları bir daha göstərir (sübut edir) ki, terrorizmə yalnız birlikdə olaraq, BMT-in uzlaşdıran rolu ilə beynəlxalq norma və prinsiplərə söykənərək müqavimət göstərmək olar. Burada ikili standartlar olmamalıdır. Terrorçuları “yaxşı” və “pisə” bölmək olmaz. Və əlbəttə ki, terrorçu və radikal təşkilatları siyasi və geosiyasi maraqlarda istifadə etməyə cəhd etmək yolverilməz və son dərəcə təhlükəlidir.”, - deyə Putin Azərbaycan, İran və Rusiya liderlərinin görüşündə iştirak etmək üçün Azərbaycana edəcəyi səfərdən öncə dövlət məlumat agentliyi “AzərTac”-a bildirib.

Rusiya prezidenti xatırladıb ki, Rusiya, İran və Azərbaycan məhz bu prinsipləri  beynəlxalq ictimaiyyətdə irəlilədirlər və həm siyasi səviyyədə, həm də hüquq-mühafizə orqanları və xüsusi xidmət xətləri üzrə çoxtərəfli əməkdaşlığı maksimal şəkildə genişləndirmək və möhkəmləndirməyə çalışırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.