haberL haberR

Putin və Ərdoğan telefon danışığı zamanı Suriyanı müzakirə ediblər

Kateqoriya: Dünya Yayımlama tarixi: 26.08.2016 18:34:03

Bundan başqa, liderlər Sankt-Peterburq görüşü zamanı əldə olunmuş Rusiya və Türkiyə əməkdaşlığının gələcək inkişafı məsələlərini də müzakirə ediblər.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Kremlin mətbuat xidmətindən bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında Suriyanı müzakirə ediblər.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. İki ölkə liderləri Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar və terrorizmlə mübarizə istiqamətində birgə səylərin əhəmiyyətini qeyd ediblər.

"Anadolu" agentliyi Türkiyə Prezident Administrasiyasındakı mənbəsinə istinadən bildirir ki, xüsusilə, Ərdoğan Türkiyənin Suriyanın şimalındakı əməliyyatın gedişatından danışıb. Həmçinin dövlət başçıları Hələbə humanitar yardımın çatdırılması haqqında da razılığa gəliblər.

Mənbənin məlumatına əsasən, Putin və Ərdoğan sentyabrın 4-5-i Çinin Xançou şəhərində keçiriləcək sammit zamanı görüşmək haqqında razılaşıblar.

Bundan başqa, liderlər Sankt-Peterburq görüşü zamanı əldə olunmuş Rusiya və Türkiyə əməkdaşlığının gələcək inkişafı məsələlərini də müzakirə ediblər. Bütün ikitərəfli və beynəlxalq gündəlik üzrə şəxsi ünsiyyətləri davam etdirməyə razılaşıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.