haberL haberR

Putin və Ərdoğanın görüşünə Suriya üzrə hərbi mütəxəssislər dəvət olunublar

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2016 18:32:11

Moskvada gözləyirlər ki, türk mütəxəssislər də həmçinin Sankt-Peterburqdakı danışıqlara gələcəklər.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, cümə günü Rusiya Federasiyasının prezidenti Vladimir Putinin köməkçisi Yuriy Uşakov bildirib ki, Rusiya və Türkiyə müdafiə nazirləri iki ölkə liderlərinin 9 avqust danışıqlarında iştirak etməyəcəklər. Lakin görüşə Suriya üzrə hərbi mütəxəssislər dəvət olunublar.

“Xeyr, müdafiə nazirləri iştirak etməyəcəklər, lakin görüşdə ciddi şəkildə Suriya tematikası ilə məşğul olan bəzi mütəxəssislər iştirak edəcəklər.”, – deyə Uşakov jurnalistlərin iki ölkə prezidentlərinin görüşündə müdafiə nazirlərinin iştirak edib-etməməsi sualına cavab verərkən bildirib.

O, qeyd edib ki, Moskvada gözləyirlər ki, türk mütəxəssislər də həmçinin Sankt-Peterburqdakı danışıqlara gələcəklər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.