haberL haberR

Putin: "G20 ölkələrindən bir neçəsi İŞİD-in maliyyə mənbəyidir"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 17.11.2015 15:05:34

Rusiya prezidenti "G20 sammiti"nin bağlanış mərasimində çıxışı zamanı vacib məqamlara toxunub

İslamazeri.az İRİB-ə istinadən xəbər verir ki, "G20 sammiti"nin bağlanış mərasimində çıxış edən Rusiya prezidenti Vladimir Putin İŞİD-in xarici ölkələr tərəfindən maliyyələşdirilməsinə diqqət çəkərək, "İŞİD 40 ölkədən maliyyə dəstəyi alır. Bunlar arasında G20 üzvləri də var", - deyə bildirib.

G20 ölkələri liderlərinə İŞİD-in maliyyə əlaqələri ilə bağlı məlumat verən Putin, "həmkarlarıma terrorçuların qeyri-qanuni neft ticarətini sübut edən kosmosdan və təyyarə vasitəsilə çəkilən fotoları göstərdim. (Fotolarda görünən) neft yüklü konvoyların uzunluğu kilometrlərlədir", - deyə qeyd edib.

Terrorla mübarizə üçün beynəlxalq koalisiya qurulmasının hələ də mümkün olduğuna inandığını deyən president, "BMT Baş Assambleyasının sentyabrda keçirilən iclasında terrora qarşı koalisiya qurulmasına dair çağırış etmişdim. İclasdan sonra baş verən faciəvi hadisələr bizim haqlı olduğumuzu sübut etdi",  - deyə vurğulayıb.

Suriyada problemlərin həlli üçün izlənməli olan mərhələləri açıqlayarkən Putin "İlk olaraq İŞİD-i məğlub etməliyik. Ancaq bundan sonra Suriyada həyata keçirilməli olan islahatları müzakirə edə bilərik", -deyib. Prezident Putin heç kimin terrordan sığortalanmadığını deyərək "Holland Suriya dövlət başçısı Bəşər Əsədə qarşı çox sərt münasibət bəsləyirdi. Yaxşı, nə oldu? Bu mövqe Parisi terror hücumlarından qoruya bildimi? Xeyr!", - deyə fikirlərini diqqətə çatdırıb. Putin ABŞ-ı tənqid edərək daha əvvəllər bir neçə dəfə ABŞ-a İŞİD ilə mübarizədə əməkdaşlıq təklif etmələrinə baxmayaraq, qarşı tərəfdən bu təklifə müsbət cavab verilmədiyini deyib. Suriyada kimlərin terrorçu olduğunu müəyyənləşdirməyin vacibliyinə diqqət çəkən Rusiya prezidenti bunun sayəsində böhranın siyasi yolla həlli üçün lazımi şəraitin yaradıla biləcəyini qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.