haberL haberR

Qaçqın şəhərciyininin sakinləri “zibilə düşüb” - FOTOLAR

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.08.2016 16:00:10

Abşeron rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyin qarşısında olan avtobus dayanacağında durmaq mümkün deyil.

Buna səbəb yerli icra hakimiyyəti əməkdaşlarının zibil qutularını dayanacağa yaxın qoymasıdır. Bu problemdən həm sərnişinlər, həm də avtobus sürücüləri əziyyət çəkirlər.

Bu barədə “Bizim Yol”-a həmin şəhərcikdə yaşayan Elşən Musayev bildirib.

Onun sözlərinə görə, havanın isti keçməsinə baxmayaraq üfunət qoxusundan dayanacaqda dayanmaq mümkün deyil: “Sərnişinlər və avtobus sürücüləri xəstəlik tapacaqlarından ehtiyat edib, bilərəkdən qaydaları pozub avtomobil yolunda dayanırlar”.

Problem bununla da bitmir. Belə ki, zibil qutuları həm də parka və idman meydançasına yaxın olduğu üçün sakinlər burada asudə vaxtlarını rahat keçirə bilmirlər.

E.Musayev bildirir ki, zibil qutularının dayanacaqdan, ümumiyyətlə əhalinin intensiz hərəkət etdiyi ərazidən kənarda qoyulması üçün müvafiq qurumlara müraciət ediblər. Tədbir görülmədiyi üçün probleminin ictimailəşməsi qərarına gəliblər. Sakinlər ümid edilər ki, zibil qutuları ərazidən götürüləcək.

Qaçqın şəhərciyininin sakinləri “zibilə düşüb” - FOTOLAR

/haberimaj/habergaleri/2V9G1Q2S1D8H.JPG
  1. Qaçqın şəhərciyininin sakinləri “zibilə düşüb” - FOTOLAR

  2. Qaçqın şəhərciyininin sakinləri “zibilə düşüb” - FOTOLAR

  3. Qaçqın şəhərciyininin sakinləri “zibilə düşüb” - FOTOLAR

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.