haberL haberR

Qadın vəkili qarşı tərəfin nümayəndələri bıçaqladı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.08.2015 15:17:05

Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb
Gəncədə vəkil qadını bıçaqlayıblar. Hadisə bu gün Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb. Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və hazırda əməliyyat olunur. Məlumata görə, qadını vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. (apa)
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.