haberL haberR

Qadınlara basqın ediblər, üstəlik narazı qalıblar...

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.12.2014 12:38:25

Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib

Sumqayıt Apelyasiya Məhkəməsində quldurluqda ittiham olunan Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Azər Şərifov, 1989-cu il təvəllüdlü İlqar Quliyev, 1991-ci il təvəllüdlü Aydın Xaliqov və 1983-cü il təvəllüdlü Mikayıl Cəfərovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Şərifov 9 il, İlqar Quliyev 8 il, Aydın Xaliqov 8 il 6 ay, Mikayıl Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Təqsirləndirilən şəxslər hökmdən narazı qalıblar. Onlar Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət yazıblar. İlqar Quliyev barəsində bəraət hökmünün çıxarılmasını, digər təqsirləndirilənlər cəzalarının yüngülləşdirilməsini istəyiblər.

İttihama görə,  ötən il noyabr ayının 13-də gecə saatlarında A.Şərifov, A.Xaliqov, İ.Quliyev və M.Cəfərov özgənin əmlakını ələ keçirmək məqsədilə Xaçmaz şəhəri, A.Mustafayev küçəsində 77a saylı evin qarşısına gəliblər.

İ.Qulıyev pusquda dayanıb, digər üç nəfər üzlərinə maska keçirərək mənzilə soxulublar. A.Şərifov cibindən bıçaq çıxararq mənzildə olan qadınları - Şahnaz Hacıyeva və Məhəbbət Salmanovanı hədələyib. Hər iki qadına basqın edərək onların pullarını, mobil telefonlarını və qızıl-zinət əşyalarını ələ keçiriblər. Ş.Hacıyevaya 742 manat, M.Salmanovaya isə 1580 manat maddi ziyan vurublar.

Təqsirləndirilən şəxslərdən Mikayıl Cəfərov və Aydın Xaliqov onlara elan olunmuş ittihamla özlərini təqsirli bilsələr də İlqar Quliyev bu cinayətdə əlinin olmadığını deyib.

Təqsirləndirilən A.Şərifov əvvəllər “Qanun sədası” qəzetində baş redaktor işləyib.(virtualaz.org)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.