haberL haberR

“Qafqaz Universitetində 1 nəfər də türkiyəli müəllim qalmayıb“ - REKTOR

Kateqoriya: Ölkə Yayımlama tarixi: 17.08.2016 14:41:34

İşdən çıxarılan 50-yə yaxın türkiyəli müəllimin əvəzinə yerli kadrlara üstünlük verilməsi daha məqsədəuyğun sayılıb.

“Qafqaz Universitetinin müəllim heyətində artıq 1 nəfər belə Türkiyə vətəndaşı olan müəllim qalmayıb”.

Lent.az-a açıqlama verən universitetin müvəqqəti rektoru Elmar Qasımov bildirib ki, işdən çıxarılan 50-yə yaxın türkiyəli müəllimin əvəzinə yerli kadrlara üstünlük verilməsi daha məqsədəuyğun sayılıb.

E.Qasımovun sözlərinə görə, müqaviləsinə xitam verilən türk müəllimlərin yerinə təyin olunmuş yerli kadrlar əsasən Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan yerli mütəxəssislərdir.

E.Qasımov qeyd edib ki, türkiyəli müəllimlərin işdən çıxarılması ilə bağlı Türkiyə Səfirliyi və ya Türkiyə hüquq-mühafizə orqanlarının tələbi olmayıb: “Sadəcə onların əmək müqaviləsi bitib, biz də müqaviləni yeniləmədik və fikirləşdik ki, yerli kadrlara üstünlük versək, daha doğru

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.