haberL haberR

Qamət Süleymanov vəhhabi müftisinin gülünc nəzəriyyəsini dəstəklədi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 17.02.2015 14:43:21 4510 dəfə oxunub.

Son günlər mediada və sosial şəbəkələrdə Səudiyyə imamının fikri geniş müzakirə olunur. İmam Şeyx Bendər Əl Hayberi yerin fırlanmadığını deyib

Sələfilərin lideri Hacı Qamət Süleymanov “Qafqazinfo”ya açıqlamasında bu fikrə münasibət bildirib. 

Q.Süleymanov da Səudiyyə imamının fikrini təsdiqləyib: “Yer kürəsinin fırlanması haqda İslam alimləri deyib ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad edib. Məsələn, “Yer üzü sabitdir”, “Göydə nə varsa, hamısı üzür” ayələrini misal çəkmək olar. Amma Yer üzünün fırlanması haqda heç nə deyilməyib. Alimlər burdan nəticə çıxarıblar ki, Yer üzü sabitdir və fırlanmır. 

Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə saata özü gələcək. Alimlərin gəldiyi nəticə budur”.

Q.Süleymanov Yerin fırlanıb-fırlanmadığı haqda özünün dəqiq bir fikri olmadığı deyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.