haberL haberR

Qamət Süleymanov: "Vergidən çəkinmək olar..."

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.03.2016 19:48:10

Qamət Süleymanov tərəfdarlarına vergidən yayına biləcəyilə bağlı "fətva" verib

Bir ölkənin ayaqda durması, iqtisadi qüdrətinin olması üçün vergi verməli olanların, xüsusilə sahibkarların vergi ödəməsi əsas şərtlərdəndir. Bununla bağlı ölkəmizdə kifayət qədər təbliğ aparılır və qəsdən vergidən yayınanlar haqqında inzibati, hətta ağır cəza tədbirləri də görülür. 

Azərbaycan Cinayət Məcəlləsinin 213-cü maddəsi də məhz bu cür vergi yayınanlar üçün nəzərdə tutulur. (Bu haqda məlumatı xəbərdən sonra aşağıda oxuya bilərsiniz.)

Lakin bəzən vergidən yayınmağa təşviq edən şəxslər də diqqət çəkir. Belə şəxslərdən biri də, bağlanmış "Əbu-Bəkr" məscidinin axundu, Azərbaycanın bir qrup sələfi  vətəndaşlarının lideri Qamət Süleymanovdur.

İslamazeri.az-ın verdiyi xəbərə görə, Qamət Süleymanov "abubakrmescidi" saytının forumunda vergidən yayınmağın şəriətlə izinli olduğunu bildirib. Belə ki, ona belə bir sual ünvanlayıblar.

Sualda deyilir: 

"1....Məsəl üçün mən alver edirəm, dövlətə vergi ödəyirəm, məbləğin neçə faizini, bu günahdı mənim üçün?" 
2. Misal üçün mən taxta satıram, gündə 10 manat qazanıram, amma bunu vergidən gizlədirəm ki, az vergi ödəyim, mənim üstümdə günah və nəzərə alsaqki qazandığımın hamısını göstərsəm hamısının vergisini ödəsəm özümə heç nə qalmayacaq?"
Qamət Süleymanovun cavabı isə belə olub:

"1) Düzdür, əslində vergi düzgün deyil, çox artıq götürürlər. Amma siz məcbursunuz. Məcbur olanda günah sayılmır.
2) Eyib etməz, vergidən çəkinmək olar. Vergini belə qurublar ki, əgər onu versən sənə artıq heç nə qalmayacaq, həmçinin vergi şəriət hökmü ilə verilmir."

*            *              *   

Maddə 213.: Vergi ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:

213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

213.2.2. külli miqdarda törədildikdə -

— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeydlər:

1. Bu maddədə «xeyli miqdar» dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

2. Bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Qamət Süleymanov: Vergidən çəkinmək olar...

/haberimaj/habergaleri/2K9W1F2I1S8W.JPG
  1. Qamət Süleymanov: Vergidən çəkinmək olar...

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.