Qapalı görüş: Qarabağın qaytarılması müzakirə olundu

Ermənistan prezidenti Serj Sarkisyan iyulun 16-da Dağlıq Qarabağa səfəri zamanı ərazilərin qaytarılması məsələsini müzakirə edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Sarkisyan Qarabağda separatçılarla görüşərək, onlardan ərazilərin qaytarılması ilə bağlı fikirlərini soruşub.
Görüşdə iştirak edən erməni döyüşçü Razmik Petrosyan deyib ki, separatçıların “lideri” Bako Saakyanın da iştirak etdiyi toplantıda Sarkisyan konkret ərazilərin qaytarılması haqda damışmasa da, separatçıların bununla bağlı mövqeləri ilə maraqlanıb.
“O, ərazilərin qaytarılması ilə bağlı hər kəsin fikirlərini soruşdu”, - deyə o bildirib.
Petrosyan deyib ki, vaxtilə ərazilərin qaytarılmasının Qarabağa müstəqillik verilməsi əvəzinə mümkünlüyü müzakirə olunurdu: “İndi isə belə görünür ki, Ermənistan birtərəfli qaydada güzəştlər etməyə məcbur olunur”.
Görüşün digər iştirakçısı Hamlet Qriqoryan da təsdiqləyib ki, Sarkisyan onlardan ərazilərin qaytarılması məsələsi haqda düşündüklərini soruşub.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.