haberL haberR

"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

Kateqoriya: İdman Yayımlama tarixi: 03.08.2016 9:41:11

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çəçivəsində doğma meydanda rəqibini qəbul edən "Qarabağ" azarkeçlərini məyus edib.

Cavab oyununa çıxan ölkə təmsilçimiz qollu bərabərliklə matçı tamamlayıb.

Dünən axşam Çexiyanın "Viktoriya" klubuyla qarşılaşan "Qarabağ" görüşdə ilk hesabı açsa da, sonda məğlub olan tərəf Qurban Qurbanovun yetirmələri olub. Belə ki, matçın final fitinin səslənməsinə 5 dəqiqə qalmış çexlər hesabı bərabərləşdirib. Oyunun qalan vaxtında rəqibin qapısına yol tapa bilməyən "Qarabağ" ÇL ilə vidalaşmalı olub.

Bundan sonra təmsilçimiz mübarizəni Avroliqada davam etdirəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.