haberL haberR

“Qarabağ” və “Qəbələ”nin oyunlarının hakimləri bəlli olub

Kateqoriya: İdman Yayımlama tarixi: 22.08.2016 15:50:42

Azərbaycan təmsilçilərindən “Qarabağ”ın oyunu rusiyalı, “Qəbələ”nin qarşılaşması macarıstanlı ədalət təmsilçilərini tapşırılıb.

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərindən “Qarabağ”ın oyunu rusiyalı, “Qəbələ”nin qarşılaşması macarıstanlı ədalət təmsilçilərini tapşırılıb.

 

Sonuncuların Sloveniyada “Maribor”la dueli məşhur Viktor Kaşşai idarə edəcək. Ağdamlıların İsveç “Höteborq”u ilə ev görüşü isə postsovet məkanında tanınan Vladislav Bezborodova həvalə olunub.

 

Avropa Liqası
Pley-off, cavab oyunları
25 avqust


21:30. “Qarabağ” – “Höteborq” (İsveç)

Baş hakim: Vladislav Bezborodov Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)

Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)

Bakı. T. Bəhramov adına Respublika stadionu

 

22:15. “Maribor” (Sloveniya) – “Qəbələ”

Baş hakim: Viktor Kaşşai

Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot

Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Hakim-isnpektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Kris Bonet (Malta)

Maribor. Maribor. “Lyusdki Vrt” srtadionu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.