haberL haberR

Qarabağ və Qüdsün oxşar cəhətləri

Kateqoriya: Məqalə Yayımlama tarixi: 30.06.2016 11:38:04

Bu məqalə Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin (MMDİB) təşkilatçılığı və İslamazeri.az-ın İnformasiya dəstəyilə Beynəlxalq Qüds Günülə əlaqədar məqalə müsabiqəsinə qatılan yazıdır

"Qarabağ və Qüdsün oxşar cəhətləri

Coğrafi baxımdan dünyanın çox həssas və böyük bir nöqtəsində, yəni bu Orta Şərq bölgəsində Fars körfəzi, Qırmızı dəniz, Şimali Afrika və Aralıq dənizinin bir hissəsində İslam ümməti yerləşir.

Siz görürsünüz ki dünyanın bu beş-altı həssas və həyatı əhəmiyyətli su keçidinin üçü bu regiondadır. Siz dünya xəritəsini önünüzə qoyub baxın. Görəcəksiniz ki, dünyanın ticarət və iqtisadi əlaqələri üçün bu bir neçə mərkəz nə qədər mühümdür. Buna əsasən bu region həssas regiondur. İndi çox həssas olan bu regionda bir güc meydana çıxır və özünü günbəgün daha artıq göstərir. Bu hegomon qüvvələr üçün çox əhəmiyyətli məsələdir. Hegomon qüvvələr yalnız Amerika Birləşmiş Ştatları, yaxud Amerikanın və ya hansısa Avropa ölkəsinin prezidenti və höküməti deyil.

Hegomon qüvvələr bunlara şamil olan daha möhtəşəm bir şəbəkədir;Sözü gedən bu şəbəkə sionizm şəbəkəsidir. (Ayətullah Xamenei)

Bu gün dünyada insan haqqlarının müdafiəsi kimi tanınan Avropa Şurasının insan hüquqları müdafiə komitəsi və bu kimi digər beynəlxalq təşkilatlar Avropalı və ya İsrailli hər hansı bir insan (hətta günahkar olsa belə) hansısa ölkədə öldürüldüyü və ya təzyiqə məruz qaldğı zaman az qala həmən ölkənin adını dünya xəritəsindən çıxarmağa hazır olduqları halda, nə üçün Qarabağ, Myanmar, Qəzza və sair müsəlman və qeyri müsəlman ölkələrində zülmə məruz qalan və günahları yalnız müsəlman olduqları üçün öldürülən bu insanları niyə müdafiə etmirlər?!

Və ya bu insanların müdafiəsi üçün çıxardıqları qərarlar niyə yalnız bir parça kağız üzərində qalır?! İnsan haqqlarının müdafiəçisi kimi tanınan hegemon qüvvələr bu gün Fələstin və Fələstinin timsalında bir çox müsəlman dövlətlərinə ya müsəlmanların çoxluq təşkil etdiyi ərazilərə hücumlar edərək yerli əhalini öldürüb, əsir götürməklə yanaşı, onların tarixi, milli abidələrini özünküləşdirən qondarma İsrail dövlətini və İsrail rejiminin timsalında bir çox dövlətləri dünya bir terrorçu, qəsbkar dövlət kimi deyil, bəlkə sülh sevər bir dövlət kimi dünyaya tanıtdırır.

 Amma özünü və öz tarixi torpaqlarını müdafiə edən, bu yolda öldürülən müsəlmanları isə bu təşkilatlarla yanaşı təəssüflər olsun ki bəzi müsəlman ölkələridə terrorçu kimi tanıyır və tanıtdırırlar!

Müqəddəs Ramazan ayında müsəlman ölkələrində ümumi cinayətlər minimum həddə çatdığı halda, əhalisi müsəlman olan Qəzzada böyüklərlə yanaşı körpələr belə amansızca sionist rejim əsgərləri tərəfindən rəhm edilmədən öldürülür. Dünya isə hələdə buna susur və öz sükutu ilə sionist rejimin bu məsələdə haqqlı olduğunu göstərir.

Dünya birliyi təkcə Qəzzada deyil, bir çox müsəlman ölkələrində zülmə maruz qalaraq öz tarixi torpaqlarından qovulan müsəlmanların taleyinə laqeyid yanaşır. Misal oaraq 96%-ni müsəlmanların təşkil etdiyi Azərbaycan xalqının 1990-cı illərin əvvəllrində Ermənistan silahlı qüvvələri tərəfindən 20% ərazisi zəbt edilərək müsəlman əhalisini isə amansızcasına qətlə yetirib, əsir götürüb və öz tarixi ata-baba yurdlarından qovan Ermənistan dövlətinədə qondarma İsrail rejimində olduğu kimi hec bir təzyiq olunmadı və bu dövlətlərin etdiklərinə hələdə dünya birliyi göz yumur.

Amma müsəlmanların isə, hər hansı bir qeyri müsəlman təşkilatının müsəlmanları müdafiəsində, müsəlmanların öz tarixi torpağlarına qaytarılmasında kömək edəcəyinə ümüd etmələri yalnışdır. Məgər müsəlmanlara kömək edəcəyini, haqqlarımızı beynəlxalq tribunada müdafiə edəcəyinə ümüd etdiyimiz həmən beynəlxalq təşkilatlar deyilmi 1948-ci ildə qəsbkar qondarma İsarili bir dövlət kimi tanıyanlar?! Müsəlmanların haqqını qaytarmğda müsəlmanlara kömək edəcəyini ümüd etdiyimiz həmən beynəlxalq təşkilatlardır ki elə müsəlmanların haqqını əlindən alıb və ya bu işdə zalımlara kömək ediblər və komək etməkdə davam edirlər.

Müsəlmanlar yalnız öz əqidəsinə sadiq qalmaqla ,müsəlmanlar arasında vəhdət yaratmaqla öz haqqlarını müdafiə edib və əllərindən alınan haqqlarını qaytara bilərlər. Bu vəhdətin müqabilində isə nəinki İsrail, məqsədi yalnız islam və müsəlmanlarla düşmənçilik etmək və onları öz müstəmləkəçiliyində saxlamaq istəyən bütün qüvvələr mağlub olacaq.

Mirələm Həşimov İslamazeri.az üçün"

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.