haberL haberR

Qaradağ Rayonunda zəncirvari qəza

Kateqoriya: Kriminal Yayımlama tarixi: 05.08.2015 12:53:59

Nəticədə M. Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib

 Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

 Daxili İşlər Nazirliyinin  verdiyi məlumata görə, hadisə avqustun 4-də saat 09 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. 

 

Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi “KamAZ-53212” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib.

 

Nəticədə M. Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır .(apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.