haberL haberR

Qardaş və bacı bıçaqlandı: Ölən var

Kateqoriya: Kriminal Yayımlama tarixi: 22.08.2016 13:30:05

Avqustun 21-də Bakının Binəqədi qəsəbəsində qətl törədilib.

İslamazeri.az xəbər verir ki, Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Nəticədə Anar hadisə yerində ölüb, Ə. Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F. İsmayılov tutulub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.