haberL haberR

Qardaşı ölən şeyx Azərbaycana ova gəldi (Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 28.09.2015 13:07:00

Şeyx öz fotolarını da paylaşıb

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana gəlib.

İslamazeri.az xəbər verir ki, gənc şahzadə və onun dostları İnstagram profilində Hacıqabul rayonunda çəkilmiş fotoşəkli paylaşıblar.

Görüntülərə əsasən, şeyx dostları ilə birgə Hacıqabul rayonunun Qarasu kəndi ərazisində ov edib, sonra yemək bişirib.

Qeyd edək ki, Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında “Fazza” ləqəbi ilə şeirlər yazır. Gənc oğlanın sərvəti 19 milyard dollara bərabərdir.

Onun böyük qardaşı Rəşid bin Məhəmməd əl-Məktum sentyabrın 19-da dünyasını dəyişib. 

 

 
 
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.