haberL haberR

Qarpızın orqanizmə faydaları və zərərləri

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 03.09.2016 10:46:02

Qarpızın faydalarını təqdim edirik:

Qarpız xərçəng hüceyrələrinin artmasının qarşısını alır və ürək fəaliyyətini yaxşılaşdırır, böyrək və sidik kisəsinin təməzlənməsində faydası böyükdür. Böyrəklərdən xırda daş və qumların xaric olunmasında qarpızın böyük rolu var. Həmçinin böyrəklərdən zülalın xaric olunmasını sürətləndirir.

Qarpızın tərkibi C vitamini ilə zəngindir. Bu giləmeyvə arterial təzyiqi aşağı salır, tərkibindəki liflər sayəsində bağırsaqların fəaliyyətini sürətləndirir, orqanizmi toksinlərdən təmizləyir. Qarpız arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir.

Qarpızın tərkibində likopen maddəsi vardır ki, bu da orqanizmi bəzi xəstəliklərə qarşı A vitaminindən 2 dəfə, E vitaminindən 10 dəfə artıq qoruyur. Likopen antioksidant təsirə malikdir. Likopenin tərkibində olan sərbəst radikallar oqranizmdə olan toksinlərin oqranizmdən xaric olunmasına yardım edir. Yay aylarında tez-tez qarpız yemək orqanizmin 1 illik toksinlərdən təmizləməsinə səbəb olur.

Qarpızın tərkibində suyun miqdarı çox olduğuna görə həzmi sürətləndirir və bağırsaqların yaxşı işləməsinə yardım edir. Yeməkdən əvvəl qarpız yemək çox faydalıdır.

Vaxtı keçmiş və bərkimiş qarpız yemək mədə bağırsaq sisteminin fəaliyyətini pozur, ürək bulanmasına və zəhərlənməyə səbəb olur. Buna görə də qarpız alan zaman diqqətli olmaq lazımdır.
Qarpızın insana veridiyi ikinci zərər onu pendirlə birlikdə yedikdə meydana çıxır. Qarpızla pendirin birlikdə yeyilməsi insana möhtəşəm bir ləzzət bəxş edir. Bu ikilini tez-tez yemək insanın çəkisini artırmaq qabiliyyətinə malikdir.

immunitet.az

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.