Qasim Süleymani: Bizim heç bir sünnini şiə etmək kimi hədəfimiz yoxdur...
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 14.03.2016 16:46:01

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, general Süleymani təkfirçiliyin əsas problem olduğunu bildirib. O bildirib ki, təkfirçilik sünni qardaşlarımızın evində qalanan oda bənzəyir.
“Bu gün təkfirçi qrupların insani dəyərləri aradan aparmaq üçün daha ciddi çalışdığının şahidiyik. Düşmən təkfirçi qrupları yaradaraq İran İslam Respublikasını və şiəçiliyi çökdürmək niyyətindədir. Bəziləri İranın macəra ardınca olduğunu bildirir. İran müsəlmanların mal və canını müdafiə edirsə bu macəra ardınca olduğu anlamındadırmı? Bu cinayətlərin müqabilində durmaq ayıbdırmı?”, - deyə Süleymani bildirib.
Yəmənin Səud rejimi tərəfindən işğal olunmasına da toxunan iranlı general deyib: “Son bir ildə zahirdə islami ola bir dövlətin heç bir islami, insani və hüquqi qanunlara məhəl qoymayaraq Yəmən xalqını qətlə yetirir. Bu hücumlar nəticəsində bu günədək 8400 nəfər həyatını itirib, 16 min insan yaralanıb".
İranın heç bir sünnini şiə etmək kimi hədəfi olmadığını xatırladan iranlı general "Bizim heç vaxt fikrimiz bu olmayıb ki, hansısa sünni əqidəsində olan müsəlmanı şiə müsəlman edək. Əksinə, sünniləri qorumaq üçün canımızı ortaya qoymuşuq. İranlılar İraq xalqının hörmətini qorumaq üçün canlarını fəda etməyə hazır olduqlarını bildiriblər. İranın İraqa qalib gəlməsi kimi sözlər isə kökündən yalnış bir sözdür”, - deyə danışıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.