haberL haberR

Qasim Süleymani Fələstin, nüvə müzakirələri, Səudiyyə və sanksiyalardan danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 18.03.2016 11:56:14

İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri HƏMAS heyətini qəbul edib

İslamazeri.az  “Əl-Məyadin”-ə istinadən xəbər verir ki, general Qasim Süleymani Fələstinin HƏMAS hərəkatının heyəti ilə görüşdə bəzi açıqlamaları ilə yadda qalıb.

Süleymani Fələstinlə bağlı İranın mövqeyindən danışaraq deyib: “Ölkəmizin Fələstinlə bağlı mövqeyi nüvə müzakirələrindən qabaq və sonra dəyişməz olaraq qalır. Bizim Qərb ilə müzakirəmiz yalnız nüvə məsələləri ilə bağlı olub. Başqa heç bir müamilə yoxdur."

İranlı general müzakirə heyətinə qarşı İran dövlətinin məhdududiyyətini xatırladaq "Müzakirə heyətinə nüvə fəaliyyətimizlə bağlı müzakirəyə izin verilib, bundan başqa heç bir səlahiyyət verilməmişdi. Amerikalıların təkidinə baxmayaraq biz, iki ölkə arasında olan həmkarlıq əlaqələrini də qəbul etmədik. Əleyhimizə olan sanksiyaları on dəfələrlə artırsalar belə biz Fələstinlə bağlı mövqeyimizdən dönməyəcəyik. Elə bu səbəbdən konqress İrana qarşı qərəzli mövqeyini davam etdirir və bizi terrorizmi dəstəkləyən kimi təqdim edir.", - deyə qeyd edib.

Süleymani HƏMAS-ın mühacirətdəki lideri Xalid Məşəlin adını çəkməyərək onun son zamanlar bəzi fikir irəli sürməsinə və bu cür fikir yaranmasına da münasibət bildirib: "Bəziləri bizim, Fələstini öz mənafelərimizə görə dəstəklədiyimizi söyləyirlər. Bu yalnışdır. Bizim Fələstinə etdiyimiz yardımlar zamanla azala bilər, lakin bu siyasi mövqeyimizin dəyişdiyinə görə yox, olduğumuz şəraitlə bağlı olmuşdur. Biz sizə yardım edə biləcək hər bir ölkənin əlini sıxır və dəstəkləyirik.  Ölkəmizdə hamı Fələstini sevir. Fələstin əleyhinə şüar verənlərin dövlətimizin heç bir postunda yeri yoxdur. Belə bir şeyin baş verməsi mümkün deyildir."

İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri sonda Səudiyyə Ərəbistanı ilə yaranmış problemlərə işərə edərək "Bizim Ərəbistanla olan problemimiz bir gün sona çatacaq və bu ittifaqa qoşulanlar peşman olacaqlar", - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.