haberL haberR

Qasim Süleymani: "Hizbullah lideri qərbə öz gücünü göstərdi"

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.09.2015 12:04:20 3364 dəfə oxunub.

"ABŞ bölgədə çox ciddi zərər görür"

İslamazeri.az-ın "Əl-Aləm"ə istinadən verdiyi məlumata görə, İran İnqilab Keşikçiləri korpusunun generalı Qasim Süleymani ABŞ-ın Yaxın Şərqdə çox ciddi zərər gördüyünü bildirib.

İrana qarşı mövcud düşmənçiliyinin olmasını ən önəmli faktorlardan hesab edən Qasim Süleymani, "buna görədir ki, inqilabın mühafizə edən İnqilab Keşikçiləri bənzərsiz bir yerə yüksəlib və daha öncə görülməmiş bir əhəmiyyət qazanıb. İnqilab Keçikçilərinə heç bir qüvvə tərəfindən meydan oxuna bilmir", -deyə bildirib.  ABŞ-ın bölgədəki hegemoniyasını İranın irəliləməsindən sonra əhəmiyyətli şəkildə azaltdığını deyən Qasim Süleymani Hizbullah lideri Həsən Nəsrullahın da qərbə “öz gücünü lazımi şəkildə göstərdi", -deyə vurğulayıb.

Həmçinin general Qasim Süleymani çıxışı zamanı ABŞ-ın İŞİD-i yox etmək istəmədiyini, əksinə, dəstəklədiyini qeyd edib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.