haberL haberR

Qasim Süleymani Mustafa Bədrəddinin yaxınlarına başsağlığı vermək üçün Livana gedib

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 17.05.2016 15:03:15

İranın tanınmış generalı Qasim Süleymani Livana səfər edib

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda Livanın "Əl Əxbar" qəzeti məlumat verib.

Qəzet yazır: "İsrailin 2015-ci ildə, yanvar ayında Suriyanın cənubundakı Kuneytra bölgəsində hava zərbəsi endirməsindən sonra, İranın İnqişab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri general Qasim Süleymani "Əl Gəbiri" şəhidliyində idi. O günlərdə,  Qasim Süleymaninin İmad Muğniyə və oğlu Cihadın qəbrinin üstündə Quran oxuyan yerdə yayımlanmışdı.  O zaman, Cihad Muğniyənin qəbrini ziyarət etməmişdən öncə ailəsinə, qardaş və bacılarına və dayısı Seyid Mustafa Bədrəddinə  başsağlığı verməyə getmişdi. Amma şənbə günü *red: ötən həftənin şənbə günü) bir səhnə bir fərqlə təkrarlandı. Süleymani yenə qəbristanlıqda idi, amma bu dəfə Bədrəddinin ailəsinə başsağlığı vermək üçün getmişdi. Bu, generalın Beytul Əhzana ilk gəlişi deyil, sadəcə şəhid şəkillərinə yeni bir şəhid şəkili əlavə olunmuşdu."

Süleymani başsağlığı verərkən bu cümlələri dediyi önə çəkilir: "Biz əziz bir komandir və qardaşımızı itirdik. Bu müsibət, İslam ümmətinin müsibətidir. Çünki, Zülfüqar kimi bir şəxsiyyəti itirmək, Zahiyaya (Red: Beyrutun cənubu), ya da bir ölkə və ya bir bölgə ilə məhdudlaşdıra bilməz."

Qeyd edək ki, ötən cümə günü Livan Hizbullahının komandiri Suriyada qətlə yetirilib ətraflı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.