haberL haberR

Qax rayonu sakinində narkotik maddə aşkarlandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 10.08.2015 10:10:03

Azad Albuşov Qax rayonunda çöllük sahədə bitmiş marixuananı yığaraq özü ilə rayon mərkəzinə gətirib.

 Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Balakən rayon sakini tutulub. 

 Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhəri Heydər Əliyev prospektində Balakən rayon Talalar kənd sakini, 22 yaşlı Azad Albuşov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2,375 kq narkotik vasitə hesab olunan qurudulmamış marixuana götürülüb. Araşdırma zamanı məlum olub ki, Azad Albuşov Qax rayonunda çöllük sahədə bitmiş marixuananı yığaraq özü ilə rayon mərkəzinə gətirib. Şəhərdə gəzərkən isə polis onu saxlayıb.

Azad Albuşov barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.