haberL haberR

Qazax rayon sakini özünü yandırdı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.08.2015 10:35:39

E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb
Azərbaycanın Qazax rayon sakini Tovuzda özünü yandırıb. Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.