haberL haberR

Qazaxda yaşlı ər-arvad nəvə və kürəkənləri tərəfindən baltalanaraq öldürülüb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.03.2016 10:12:06

Qazax rayonunda yaşlı kişi və qadını öldürməkdə şübhəli bilinən nəvə və kürəkən saxlanılıb.

APA-nın yerli hüquq mühafizə orqanlarına istinadən verdiyi məlumata görə,  rayonun Cəfərli kənd sakini Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanın meyitlərinə baxış keçirilərkən onların baltalanaraq qətlə yetirildikləri məlum olub. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəriman Osmanovun nəvəsi, 1995-ci il təvəllüdlü Ruslan Həsənov və əvvəllər məhkum olunmuş kürəkəni, 1967-ci il təvəllüdlü Elşən Musayev tutulublar. İlkin ifadələrində onlar cinayəti törədiklərini etiraf ediblər. Qətlin tamah məqsədi ilə törədildiyi bildirilir. 

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə martın 13-də rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri - 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın meyitləri yaşadıqları evdə aşkar edilib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.