haberL haberR

Qazaxstan prezidenti Türkiyəyə səfər edəcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.08.2016 18:50:38

Səfər zamanı prezidentlərin təkbətək görüşü keçiriləcək.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bildirib ki, Qazaxstan prezidenti Nursultan Nazarbayev cümə günü Türkiyəyə səfər edəcək.

"Ərdoğanın dəvəti ilə avqust ayının 5-i Qazaxstanın prezidenti Nursultan Nazarbayev Türkiyəni ziyarət edəcək. Səfər zamanı prezidentlərin təkbətək görüşü keçiriləcək. Həmçinin nümayəndə heyətlərinin tərkibində də danışıqlar aparılacaq. Bizim strateji partnyorumuz Qazaxıstanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Həmçinin də türkdilli dövlətlərin Şurasının fəaliyyəti də müzakirə ediləcək.", - deyə Türkiyə Prezident Administrasıyasının mətbuat xidmətindən bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.