haberL haberR

"Qəbələ” sevindirdi, "Qarabağ"dan isə məğlubiyyət

Kateqoriya: İdman Yayımlama tarixi: 19.08.2016 09:40:09

Dünən UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilir.

Apasport.az saytının məlumatına görə, “Qəbələ” klubu qrup mərhələsinə gedən yoldakı son maneəni dəf etmək üçün Bakının “Dalğa Arena” stadionunda Sloveniyanın “Maribor” klubu ilə ilk qarşılaşıb.

Roman Qriqorçukun yetirmələri ötənilki uğuru təkrarlayıb. “Qırmızı-qaralar” pley-off mərhələsinin ilk oyununda rəqibi üzərində üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparıb.

İsveçdə “Höteborq” klubu ilə qarşılaşan “Qarabağ” meydanı 1:0 hesablı məğlubiyyətlə tərk edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.