haberL haberR

"Qəbələ"nin "Avropa Liqası"nın qrup mərhələsindəki rəqibləri bəlli oldu (Foto)

Kateqoriya: İdman Yayımlama tarixi: 26.08.2016 17:08:55

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

İslamazeri.az xəbər verir ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Monakoda baş tutan tədbirdə ardıcıl ikinci dəfə bu mərhələyə yüksələn “Qəbələ”nin növbəti rəqibləri bəlli olub. Püşkün nəticələrinə əsasən, “qırmızı-qaralar” C qrupunda yer alıb. Roman Qriqorçukun yetirmələri 1/16 finala vəsiqə uğrunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynts” (Almaniya) klubları ilə mübarizə aparacaq. Dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsinin oyunlarına sentyabrın 15-də start veriləcək. Komandamız növbəti matçlarını sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də, 24-də və dekabrın 8-də keçirəcək.


Xatırladaq ki, “Qəbələ” I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu (5:1, 1:2), II təsnifat mərhələsində Macarıstanın MTK komandasını (2:1, 2:0), III təsnifat mərhələsində Fransa “Lill”ini (1:1, 1:0), pley-offda Sloveniya “Maribor”unu (3:1, 0:1) mübarizədən kənarlaşdırıb.

Qəbələnin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu (Foto)

/haberimaj/habergaleri/7F4R6B7D6O3R.JPG
  1. Qəbələnin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.